8/25/2012

İtalyan çörəyi

Hemise bisirdiyim corekler ureyim istediyi kimi alinmirdi.Amma bir zaman repeti tapacaqima inanirdim) Sen deme resept lap yaxinda imis mene)). Alik qalxmayan ve  ici alinmayan coreklerimi gorub,mene italyan coreyinin reseptini verdi.
Lazim olan erzaqlar:
Un 430 
Sud 225
Yaq 50 
Yumurta 1
Duz 0/5 y.q
Seker tozu 1 y.q
Droj 1 y.q


Sudle yaq qizdirilir, iliq olsun qaynar yox!!!!

Diger erzaqlari bir qaba qoyuruq, Unu qoymamisdan evvel eleyin.Daha sonra qasiqla qarisdirin.


Ardindan yaqli sudu elave edib mikserle qarisdirin.


Xemir bele alinir duru.100 qr (0/5 stekan)da un elave edin calin,yene cox durudursa sulu gorunurse 100 qramda elave edin., yeni men umumilikde 1 st elave etdim. Xemir yenede yumsaq alinir duru amma sulu gorunmurde ozunu tutur. 5 deq dinlensin.Sonra elinize yaq vurun cunki xemir yapisqandir. Bisireceyiniz qaba un sepin, isteseniz falqada serin. Men iki hisseye ayirib qoydum qaba.
Bax mende bele alindi, qoydum qalxmaqa.Bir sehv is gordum plasmasda gerek qoymayaydim ikisinide bisireceyimde gerek qoyaydim.Sonra goturub qoymaq cetin alinir. Xemiri isti yere qoyuruq ustunede salafan kecirin.Qalxandan sonra duxovkani qizdirin. ve qoyun coreyi. Yanindan ayrilmayin tez qalxir,10 deg, texminen. qalxan kimide istiliyi azaldin. ici bishsin oda 10 deg -15 deg, Vesselam coreyimiz hazir)


P.S, Canim gozum Hici baci bu defede alinmadi deme)) Sene gore nece qab batirib yumusam))))

8/22/2012

Pendirli börək




Ərzaqlar:

- 2 ədəd böyük türk yufkası və ya tapmasanız adi lavaş da olar.
- 250 qram ağ pendir (çox duzlu olmasın)
- 1 dəstə cəfəri və ya başqa göyərti də istifadə etmək olar zövqə görə.
- 2 ədəd sosiska
- ketçub və ya tomat
- 3 x.q. qatıq
- 3 x.q. bitki yağı
- yarım stəkan su
- 1 yumurtanın sarısı

Hazırlanması:

1. Qatıq, bitki yağı və suyu bir qabda yaxşıca qarışdırırıq. Yufkanın birini açıb hazırladığımız qarışığın yarısını fırça ilə onun üzərinə sürtürük. Üzərinə ikinci yufaknı qoyub, onun da üzərinə eyni qayda ilə hazırladığımız qarışığı sürtürük. Beləliklə iki yufka bir-birinin üzərində yapışmış vəziyyətdə olur. Sonra yufkanı pizza bölər kimi 12 üçgünc dilimə bölürük.

2. Pendiri sürtgəcdən keçirib doğranmış göyərti ilə qatırıq. Dogradığımız 12 yufka dilimlərinə (üçbucağın enli hissəsinə), hamısına eyni miqdarda düşəcək qədər paylayırırq. Sonra yufka dilimlərini mutakidə olduğu kimi bükürük.

3. Bükdüyümüz börəklərin üst hissəsinidə bıçaqla balaca yarıqlar açırıq. Uzunsov doğranmış sosiskanı ketçuba və ya tomata batırıb, həmin yarıqlara qoyuruq. Üzərlərinə yumurta sarısı çəkib yağlanmış tavaya düzərək sobaya qoyuruq. Sobada nəzarətsiz saxlamayın. Çünki, çox tez bişir. Elə ki, üstü və altı qızardı, götürün.

İsti-isti yemək məsləhətdir, nuş olsun!

8/15/2012

Mastika ile tortun bəzədilməsi



Vaxti, hevesi olanlar, dogum gunu ve bayram tortlarini oz eli ile hazirlamagi sevenler ucun,  tortun bezedilmesi usullarindan birini teqdim edirem. Tebii ki, elimden gelen qeder-))





Mastika esasen iki cur hazirlanir, quru sudle, bir de sufle- konfetler ile.  Tortun uzerini ortmek ucun esasen quru sudle hazirlayiram. Cunki o daha yumshaq ve dadli olur. Konfetle hazirlanan ise daha cox fiqurlar, guller duzeltmek ucun yaxshidir. Ashagidaki tortda ise gul ve boyuk fiqur olmadigindan butun mastikani konfetle hazirladim, sheker-pudrani nisbeten az vurdum ki, yumshaq olsun. Shekilde gorduyunuz konfetlerdir istifade etdiyim. Bashqa adlar ve markalar da var satishda.





MASTIKANIN HAZIRLANMASI:





100 qr. sufleni bir qaba tokub 30 qr kere yagi elave edin su hamaminda ve ya mikrodalgali sobada  eriyib shishenedek saxlayin. (Sobada cox tez eriyir deye diqqetli olun, cox saxlamayin, eriyib suya donerse alinmir mastika) Shekildeki halda olduqda goturub tez isti-isti sheker pudrasini tedricen seperek qarishdirin




 (Pudranin miqdari texminen 200 qr.dir. Isteyinizden asili olaraq berk ve ya yumashaq olmasi ucun az, ya da cox tokursunuz ). Mastika bir rengde olacaqsa rengini de isti-isti qatmaq olar. Bele olanda daha rahat renglenir. Rengler de adi shirniyyat ve tortlar ucun istifade olunan renglerdir. 
Shekilde gorduyunuz "xemir" texminen yumshaq plastilin kimidir ve tortun uzerini ortmek ve  fiqurlar duzeltmek ucun ela "material"dir. Yuxarida qeyd etdiyim kimi, tortun uzerini ortdukde, sheker-pudrani bir az az edirik ki, yumshaq olsun.
 Hazir olan kimi "strec-plyonka"-ya bukun. Ele bukun ki, hava qalmasin icinde. Ve 20-30 deqiqe soyuducuda saxlayin.
 Burda rengini "xemir" hazir olduqdan sonra qatdim, cunki, bir nece reng lazim idi.
 Ag rengli mastika ucun ag, rengli qarishigi olmayan sufleler goturun. qarishiq rengliler,  boz, sarmtil reng alir ve ag reng ucun istifade etmek olmur.

 "Xemirimiz" hazirdir ve evvelceden hazirladigimiz  tortun uzerine ortmek ucun adi xemir kimi yayiriq. Yaydiqda yapishmasin deye sheker-pudradan ve ya kraxmaldan istifade edirik. Ikinci daha yaxshidir, cunki pudra xemiri bir az berkidir.
Mastikan ile ortulecek tortlarin uzerine (icine istediyiniz kremi ceke bilersiniz)yagli krem cekin. Yagli krem, mastikani islatmir ve korlamir.
Burda menim tortum adi biskvit tortudur. Krem de yagli krem.  Ehtiyatla mastikani uzerine orturuk. Kuncleri metbex "shpateli" ile, ya da adice elimizle hamarlayib duzeldirik.
Kenarlarini bicaqla,kesib artiq xemiri cixaririq.
 Ortuk hazirdir. Uzerine istediyiniz ve zovqunuze uygun bezeye bilersiniz. Men 7 reqemi ve uzerinde yol, mashin hazirlamaga calishmisham, yuxarida gorduyunuz kimi -))



Üzümlü salat


Lazim olan erzaqlar:

Kartof, kok, cuqundur, yumurta, goyerti, qoz lepesi, toyuqun dosh eti, uzum, mayonez

Hazirlanisi:
Qaynadilmis erzaqlar qat-qat duzulur .Her qata mayonez cekilir.Uzerine uzum qoyulur.  Cooox dadlidir.

Qeyd: Salatin icini oz zovqunuze gore  ede bilersiz:Sayinidaki qabiniza uygun secin.

Nush olsun

8/13/2012

Pendirli poğaça (bulka)




Yenə türk mətbəxinə müraciət edirik - poğaça :)
Mən pendirlisinin reseptini yazıram. Amma eyni xəmirdən kartoflu, zeytunlu, ətli, lobyalı və s. etmək olar. İçlik zövqə görə dəyişdirilə bilər.

Xəmir

1 stəkan qatıq
1 stəkan duru yağ (fərqlilik üçün yarım stəkan duru yağ, yarım stəkan margarin də etmək olar)
1/2 stəkan süd
1 paket qabartma tozu
1 yumurta (ağı xəmirinə, sarısı poğaçaların üstünə sürülür)
Aldığı qədər un
yarım və ya bir çay qaşığı duz (mənim duz fobim var deyə daha az tökürəm. Amma bilmirəm bəlkə 1 çay qaşığı tökülüncə daha dadlı alınır :))


İçlik

250 qram pendir
yarım dəstə cəfəri
(əslində içlikdə ölçü yoxdu. Kim nə qədər istəyir əlavə etsin.)
Cəfəri xırda-xırda doğranır və doğranıb, əzilmiş pendirə qatılır.


Hazırlanışı

Qatıq, yağ, yumurtanın ağı, süd və duzu bir qabın içərisində qarışdırırıq. Üzərinə qabartma tozu və un əlavə edərək xəmiri yoğurmağa başlayırıq. Xəmir qulaq əti yumuşaqlığı alana qədər yoğrulur. Daha sonra üzəri örtülüb, yarım saat gözlədilir.
Xəmirdən kiçik parçalar qopararaq əlimizdə açır, içərisinə içlik qoyub, yarım dairə formasında bağlayırıq. Ağzını tam sıxmamaq lazımdı ki, bişəndə biraz aralansın. Belə olunca daha yaxşı olur.
Daha sonra yağlanmış listə düzüb, üzərinə yumurta sarısı sürür və qara çörəkotu səpirik .
Və öncədən isidilmiş 150-180 dərəcəli sobada bişiririk.

NOT: İçliyi qovrulmuş ət, kartof püresi, zeytun, pomidor-holland pendiri və s. kimi də edə bilərsiniz. Sadəcə bu içliklər biraz kaprizli olduğundan xəmirin ağzını möhkəm bağlamaq lazım olur. Bişəndə içindəkilər tökülürlər çünki.

8/12/2012

Mərakeşsayağı toyuq qovurması


  • Bu xörəyi ilk dəfədir hazırlayırdım. Qeyri-adi, xoş dadı var. Cox güman ki, mərakeşlilər  qovurmanı plovun yanında süfrəyə verirlər. belə məncə daha dadlı olar.-))

ƏRZAQLAR:
Toyuq əti
Sarıkök 1 cay qaşığı
Qırmızı istiot(pul biber)- 2 cay qaşığı
Cirə -1 cay qaşığı
Zəncəfl- 1 cay qaşıgı
Darcın - 0,5 cay qaşığı
Limon 1 ədəd
Zeytun qara və yaşıl (maslin,olivki) -zövqə gğrə
Duz
Kişmiş zövqə görə
Su- 0.5 stəkan
Cəfəri
Keşniş
Sogan 
Sarımsaq
HAZIRLANMASI:
  1. Sarikök, darcın, cirə, ictiot və zəncəfili qarışdırın. Əti yuyub suyunu təmiz süzün və ədviyyatla yaxşıca qarışdırın. Ağzını örtüb 1 saat saxlayın. 

 2. Tavada yağı yüksək odda qızdırın. Əti 5 dəqiqə ərzində qizardın. Sonra dogranmış soğan (2 ədəd)və sarımsaq (2 diş)  üzərinə tökub qapağını örtün və 15 dəqiqə bişirin.
 3. Ət tikələrini cevirin. Üzərinə limon, zeytunlari, kişmişi və suyu əlavə edin yenidən qapagıni örtüb vam odda daha yarım saat bişirin.
 Xörəyimiz hazirdır.
 Süfrəyə verdikdə üzərinə cəfəri və keşniş doğrayın.


NUŞ OLSUN!

8/11/2012

Apelsinli keks

Xeyirli ugurlu olsun.Axirki mende vaxt tapdim.Son zamanlar metbexde az olduqum ucun  kohne reseptleri bolusurem.Yeniler olacaq soz)
Erzaqlar:
1.armudur st. seker tozu
1 a.s.kefir
1 a.s. erinmis yaq
2 yumurta
1.c.q. -nin yarisi soda.
kakao
un qati olana qeder elave edin
Formaya tokdukden sonra uzerine apelsin dilimlerini duzun.Qisda bele keks gunesli yayi xatirladirdi mene)