8/22/2012

Pendirli börək




Ərzaqlar:

- 2 ədəd böyük türk yufkası və ya tapmasanız adi lavaş da olar.
- 250 qram ağ pendir (çox duzlu olmasın)
- 1 dəstə cəfəri və ya başqa göyərti də istifadə etmək olar zövqə görə.
- 2 ədəd sosiska
- ketçub və ya tomat
- 3 x.q. qatıq
- 3 x.q. bitki yağı
- yarım stəkan su
- 1 yumurtanın sarısı

Hazırlanması:

1. Qatıq, bitki yağı və suyu bir qabda yaxşıca qarışdırırıq. Yufkanın birini açıb hazırladığımız qarışığın yarısını fırça ilə onun üzərinə sürtürük. Üzərinə ikinci yufaknı qoyub, onun da üzərinə eyni qayda ilə hazırladığımız qarışığı sürtürük. Beləliklə iki yufka bir-birinin üzərində yapışmış vəziyyətdə olur. Sonra yufkanı pizza bölər kimi 12 üçgünc dilimə bölürük.

2. Pendiri sürtgəcdən keçirib doğranmış göyərti ilə qatırıq. Dogradığımız 12 yufka dilimlərinə (üçbucağın enli hissəsinə), hamısına eyni miqdarda düşəcək qədər paylayırırq. Sonra yufka dilimlərini mutakidə olduğu kimi bükürük.

3. Bükdüyümüz börəklərin üst hissəsinidə bıçaqla balaca yarıqlar açırıq. Uzunsov doğranmış sosiskanı ketçuba və ya tomata batırıb, həmin yarıqlara qoyuruq. Üzərlərinə yumurta sarısı çəkib yağlanmış tavaya düzərək sobaya qoyuruq. Sobada nəzarətsiz saxlamayın. Çünki, çox tez bişir. Elə ki, üstü və altı qızardı, götürün.

İsti-isti yemək məsləhətdir, nuş olsun!

No comments:

Post a Comment