8/12/2012

Mərakeşsayağı toyuq qovurması


  • Bu xörəyi ilk dəfədir hazırlayırdım. Qeyri-adi, xoş dadı var. Cox güman ki, mərakeşlilər  qovurmanı plovun yanında süfrəyə verirlər. belə məncə daha dadlı olar.-))

ƏRZAQLAR:
Toyuq əti
Sarıkök 1 cay qaşığı
Qırmızı istiot(pul biber)- 2 cay qaşığı
Cirə -1 cay qaşığı
Zəncəfl- 1 cay qaşıgı
Darcın - 0,5 cay qaşığı
Limon 1 ədəd
Zeytun qara və yaşıl (maslin,olivki) -zövqə gğrə
Duz
Kişmiş zövqə görə
Su- 0.5 stəkan
Cəfəri
Keşniş
Sogan 
Sarımsaq
HAZIRLANMASI:
  1. Sarikök, darcın, cirə, ictiot və zəncəfili qarışdırın. Əti yuyub suyunu təmiz süzün və ədviyyatla yaxşıca qarışdırın. Ağzını örtüb 1 saat saxlayın. 

 2. Tavada yağı yüksək odda qızdırın. Əti 5 dəqiqə ərzində qizardın. Sonra dogranmış soğan (2 ədəd)və sarımsaq (2 diş)  üzərinə tökub qapağını örtün və 15 dəqiqə bişirin.
 3. Ət tikələrini cevirin. Üzərinə limon, zeytunlari, kişmişi və suyu əlavə edin yenidən qapagıni örtüb vam odda daha yarım saat bişirin.
 Xörəyimiz hazirdır.
 Süfrəyə verdikdə üzərinə cəfəri və keşniş doğrayın.


NUŞ OLSUN!

2 comments:

  1. mmmm dadli gorunur) qeyri adidir. Hici heceb hevesin vare yemek hazirlamaqa)

    ReplyDelete
  2. Caan, ureyin isteyir, bishirim yollayim-)) He baji, evdar oldum getdim. Elimden ayri hec ne gelmir day(( ))

    ReplyDelete