8/10/2012

Şirin kolbasa


Bu resepti internetdən goturmushdum, hazirladim, bu yaxinlarda və cox beyendim. İstedim sizinle de bölüşüm.   (Təəssüf ki, özüm cəkməmişəm şəklini)

Ərzaqlar:
Pecenye (məsələn, "Yubileynoye")-600qr.
Kərə yagı 200 qr.
Kakao tozu- 2 x.qaşığı
Süd - 1/2 stəkan
Şəkər tozu -1 stəkan
Goz ləpəsi - 1 stəkan

Hazırlanması :
- Pecenyeni paketə töküb üstunden oxlovla əzin.
- Kakaonu şəkərlə qarışdırın.
- Yağı xırdalayıb qazanda yumşalıncayadək qızdırın, südü və kakaolu şəkəri əlavə edin. Qarışdıra-qarışdıra od üzərində, şəkər əriyənədək saxlayın.(Qaynatmayın)
- Oddan götürdükdən sonra, əzilmiş pecenyeləri və xırdalanmiş qoz ləpəsini əlavə edib qarışdırın. Xüsusi mətbəx plyonkası (strec-plyonka) üzərində yayıb kolbasa halına salın və plyonkaya büküb soyducuda 6 saat saxlayin.
- Hazır olduqda, kolbasa kimi doğrayın.

NUŞ OLSUN!

2 comments:

  1. Aaaa, bu deyəsən Bakıda bir kafedə "mozaik tort" adı ilə satılandır. Mənim çox xoşum gəlir ondan. İnşallah hazırlayacam. Çox sağ ol, Hici!

    ReplyDelete
  2. Nush olsun bu bashdan! "* -))

    ReplyDelete