Bu resepti internetdən goturmushdum, hazirladim, bu yaxinlarda və cox beyendim. İstedim sizinle de bölüşüm. (Təəssüf ki, özüm cəkməmişəm şəklini)
Ərzaqlar:
Pecenye (məsələn, "Yubileynoye")-600qr.
Kərə yagı 200 qr.
Kakao tozu- 2 x.qaşığı
Süd - 1/2 stəkan
Şəkər tozu -1 stəkan
Goz ləpəsi - 1 stəkan
Hazırlanması :
- Pecenyeni paketə töküb üstunden oxlovla əzin.
- Kakaonu şəkərlə qarışdırın.
- Yağı xırdalayıb qazanda yumşalıncayadək qızdırın, südü və kakaolu şəkəri əlavə edin. Qarışdıra-qarışdıra od üzərində, şəkər əriyənədək saxlayın.(Qaynatmayın)
- Oddan götürdükdən sonra, əzilmiş pecenyeləri və xırdalanmiş qoz ləpəsini əlavə edib qarışdırın. Xüsusi mətbəx plyonkası (strec-plyonka) üzərində yayıb kolbasa halına salın və plyonkaya büküb soyducuda 6 saat saxlayin.
- Hazır olduqda, kolbasa kimi doğrayın.
NUŞ OLSUN!
Aaaa, bu deyəsən Bakıda bir kafedə "mozaik tort" adı ilə satılandır. Mənim çox xoşum gəlir ondan. İnşallah hazırlayacam. Çox sağ ol, Hici!
ReplyDeleteNush olsun bu bashdan! "* -))
ReplyDelete