8/13/2012

Pendirli poğaça (bulka)




Yenə türk mətbəxinə müraciət edirik - poğaça :)
Mən pendirlisinin reseptini yazıram. Amma eyni xəmirdən kartoflu, zeytunlu, ətli, lobyalı və s. etmək olar. İçlik zövqə görə dəyişdirilə bilər.

Xəmir

1 stəkan qatıq
1 stəkan duru yağ (fərqlilik üçün yarım stəkan duru yağ, yarım stəkan margarin də etmək olar)
1/2 stəkan süd
1 paket qabartma tozu
1 yumurta (ağı xəmirinə, sarısı poğaçaların üstünə sürülür)
Aldığı qədər un
yarım və ya bir çay qaşığı duz (mənim duz fobim var deyə daha az tökürəm. Amma bilmirəm bəlkə 1 çay qaşığı tökülüncə daha dadlı alınır :))


İçlik

250 qram pendir
yarım dəstə cəfəri
(əslində içlikdə ölçü yoxdu. Kim nə qədər istəyir əlavə etsin.)
Cəfəri xırda-xırda doğranır və doğranıb, əzilmiş pendirə qatılır.


Hazırlanışı

Qatıq, yağ, yumurtanın ağı, süd və duzu bir qabın içərisində qarışdırırıq. Üzərinə qabartma tozu və un əlavə edərək xəmiri yoğurmağa başlayırıq. Xəmir qulaq əti yumuşaqlığı alana qədər yoğrulur. Daha sonra üzəri örtülüb, yarım saat gözlədilir.
Xəmirdən kiçik parçalar qopararaq əlimizdə açır, içərisinə içlik qoyub, yarım dairə formasında bağlayırıq. Ağzını tam sıxmamaq lazımdı ki, bişəndə biraz aralansın. Belə olunca daha yaxşı olur.
Daha sonra yağlanmış listə düzüb, üzərinə yumurta sarısı sürür və qara çörəkotu səpirik .
Və öncədən isidilmiş 150-180 dərəcəli sobada bişiririk.

NOT: İçliyi qovrulmuş ət, kartof püresi, zeytun, pomidor-holland pendiri və s. kimi də edə bilərsiniz. Sadəcə bu içliklər biraz kaprizli olduğundan xəmirin ağzını möhkəm bağlamaq lazım olur. Bişəndə içindəkilər tökülürlər çünki.

4 comments:

  1. deyiremde hayif subay qardasim yoxdur) yoxsa gelerdim axsamlar cayla icmeye))

    ReplyDelete
  2. Ayyy, şişdimmmm! Əllərinə sağlıq!

    ReplyDelete
  3. Men de -)) cox lezzetli gorunur. Bishirim gerek. Qiz doyulee, qizildi-))

    ReplyDelete
  4. Ayy sağolun ee, qızlar )))
    Şərhlərinizi indi gördüm.
    Təşəkkürümü bildirir və demək istəyirəm ki, bu da asan reseptdi - hazırlayın, yeyin, kilonuzun üstünə kilo qoyun :D

    ReplyDelete