Ərzaqlar:
- 250 qr. yağ
- 1 stəkan şəkər tozu
- 2 ədəd yumurta
- 0,5 ç.q. çay sodası
- vanil
- un (xəmirin aparacağı qədər)
- cem (istəyinizə görə istənilən cem və ya mürəbbə ola bilər, əsas odur tumsuz olsun; mən ərik cemindən istifadə etmişəm)
Hazırlanması:
Yağı çuqun qabda əridirik, bir az soyuduqdan sonra üzərinə pesok və
yumurtanı əlavə edib qarışdırırıq. Çay sodasını sirkədə əridib əlavə
edirik. Sonra vanil və apardığı qədər un əlavə
edirik. Xəmirə unu o qədər qatın ki, alınan xəmiri sürtkəcdən keçirə
biləcəyinizə əmin olun. Xəmir nə qədər yumşaq olsa, o qədər yaxşı.
Xəmiri
2 hissəyə (biri böyük, biri kiçik olmaq şərtilə) bölürük. Orta
böyüklükdə tava və ya sobanın öz tavasını götürürük. Xəmirin böyük
hissəni tavanın içinə sürtkəcdən keçiririk. Açıq yer qalmaması şərtilə,
tavanın hər tərəfi xəmir qırıntıları ilə örtülür. Cemi xəmir qatının
üzərinə çəkirik. Xəmirin qalan kiçik hissəsini cemin üzərinə sürtkəcdən
keçirib sobada 180 dərəcədə bişiririk. Xəmir şirin xəmir olduğundan tez
bişəcək. Elə ki, piroqun qıraqlarının qızardığının və üzərinin rənginin
dəyişdiyini gördünüz, sobadan çıxarın. Piroqu isti-isti doğramaq daha yaxşıdır. Mən paxlava formasında doğrayıram adətən.
Nuş olsun!
Beh, beh, beh! Eline sagliq!!
ReplyDeleteÇox sağ ol, bu ən sevdiklərimdəndir.))
ReplyDelete👍👍
ReplyDelete