8/09/2012

Krep kanepe

Salam, qızlar.

Sizə bir türk saytında rast gəldiyim və dünən hazırladığım qəlyanaltının reseptini yazmaq istəyirəm.

"Krep kanape" adalanan bu təam həm tez hazırlanır, həm də dadlıdır. Xüsusilə səhər yeməyi üçün idealdır.  Həm də doyumludur. Bir növ aladiyə oxşayır.

Beləliklə, ərzaqlar:

Xəmiri üçün:
- 1,5 stəkan un
- 1 stəkan su
- yarım stəkan süd
- 2 yumurta
- yarım çay qaşığı duz

Üstü üçün:
- pomidor
- bibər
- pendir (ağ və ya holland)

Hazırlanması:
Unu, suyu və südü düyün qalmayanadək yaxşıca qarışdırırıq, sonra yumurtanı və duzu qatıb qarışdırırıq. Keks xəmirindən də axıcı olmalıdır bu xəmir. Sonra teflon tavaya bitki yağı töküb yaxşıca isidirik və xəmirdən bir çömçə töküb, tava boyu yaxşıca yayırıq. Blinçikdə olduğu kimi. Hər iki tərərfini qızardıb, götürürük. Təxminən 4-5 ədəd çıxmalıdır bu porsiyadan. Bişirdiyimiz xəmirləri rulon formasında burub, təxminən 2 sm-lik dilimlərə doğrayırıq. Üzərlərinə pendir, pomidor, bibər dilimləri qoyub süfrəyə təqdim edirik.

Nuş olsun!

2 comments:

  1. Ne qesheng asan ve maraqli reseptdi, eline sagliq! Lezzetli de gorunur. Icine de nese yigmaq olar onun belke. Yoxlayim gerek-))

    ReplyDelete
  2. Aha, içinə qiymə, ya da toyuq əti qoymaq olar.

    Yoxla, deyərsən.))

    ReplyDelete