8/10/2012

Soyuq borş



ƏRZAQLAR :

Çuğundur 500 qr.
Qara corek 1 dilim
Yumurta 2-3 ədəd
Xiyar 2 ədəd
Alma (göy-antonovka) 2 ədəd
Goy sogan
Şüyüd
Smetan
Duz və şəkər (zövqə görə)

HAZIRLANMASI:

Cuğunduru bishirib surtkəcdən kecirin, içinə qara cörəyi qoyun, üzərinə qaynar su töküb agzını örtün və sərin yerdə (soyuducuda) bir sutka saxlayın.
Sonra suyunu suzun başqa bir qazana (bir-iki qaşıq cugundurundan da əlavə edin ki, duru alınmasın).Buraya təzə xiyarı rəndələyin, almanı soyub dord yerə, qaynanmış yumurtanı iki-üc bölün, atın. Göy soğanı xırda-xırda doğrayıb əlavə edin. Zövqə görə duz və şəkər töküb yenidən soyuducuda bir necə saat saxlayın. Süfrəyə soyuq halda, smetanla verilir və uzərinə azaciq şüyüd dogranır.
NUŞ OLSUN! 

No comments:

Post a Comment