8/08/2012

Limonlu piroq


 
Sizinlə mənim şah şirniyyatım olan "Limonlu piroq" umun reseptini bölüşürəm!
 
Ərzaqlar:
Xəmir üçün:

- 400 qr. yağ
- 1 stəkan pesok
- 2 yumurta
- 1 stəkan qatıq
- yarım çay qaşığı çay sodası
- sirkə
- 4 stəkan un


Limonlu krem üçün:

- 1 böyük limon
- 1 stəkan yarım pesok


Qaynadılmış (zavarnoy) krem üçün:

- 1 stəkan pesok
- 3 xörək qaşığı un
- yarım litr süd
- 100 qr yağ


Hazırlanma qaydası:

Əvvəlcə kremləri hazırlayırıq.

Limonlu kremi hazırlamaq üçün, 1 ədəd limonu ət maşınından keçiririk. Sonra ona 1 stəkan pesoku qatıb yaxşıca qarışdırırıq. Vəssalam!



Qaynadılmış kremi hazırlamaq üçün, balaca bir qazanda pesok və unu yaxşıca qarışdırıb, üzərinə südü əlavə edirik və ocağın üstünə qoyuruq. Tez-tez qarışdırırıq ki, dibi yapışmasın. Elə ki krem bərkidi və qaynamağa başladı, altını söndürüb, 100 qram yağı qatırıq və qarışdırırıq.





Xəmiri hazırlamaq üçün yağı çüyün bir qabda əridirik.



Ərimiş yağın üzərinə pesoku, yumurtanı, qatığı sıra ilə qarışdıraraq əlavə edirik. Sonra çay sodasını sirkədə əridib xəmirə qatırıq. Bir az vanil və ən sonda unu qatıb qaşıq ilə qarışdırırıq. Ona görə qaşıqla qarışdırırıq ki, xəmirimiz şəkildəki kimi yumşaq və axan olmalıdır.





Hazırladığımız xəmirin 2/3 hissəsini piroqu bişirəcəyimiz tavaya yayırıq. Çalışma qlazımdır ki, yayılmış xmir tavanın hər yerində eyni səviyyədə olsun. Sonra tavanı sobaya qoyuruq. 180 dərəcə istilikdə qoya bilərsiz. Ondan çox olmaması məsləhətdir. Bu xəmir tez bişəcək, ona görə də nəzarətdə saxlayın, elə ki tavadakı xəmirin qıraqları qızarmağa başladı, deməli bişib.

Xəmirin qalan 1/3 hissəsinə isə bir az d aun qataraq, oxlovla aça biləcəyimiz hala gətirmək lazımdır.



Sonra xəmiri hissə-hissə oxlovla yayırıq və istənilən bir stəkanınla dairələr kəsirik.





Kəsdiyimizdairələrin ortasında da balaca dairələr kəsirik. Mən bunun üçün dərzilərin işlətdiyi üskük deyliən əşyadan istifadə edirəm.





Kəsdiyimiz dairələri listə düzb sobada bişiririk. Elə ki alt hissələri qızardı, götürə bilərsiniz sobadan.



Dairələri kəsərkən xəmirin artıq qalan hissəsini nazik şəkildə yayırıq və onu da hər iki tərəfinin yaxşı qızarması şərtilə sobada bişiririk.



Ən birinci bişirdiyimiz xəmirin üzərinə limonlu kremi sürtürük.





Bir az qaldıqdan sonra qaynadılmış kremi sürtürük.





Sonra bişirdiyimiz dairələri sıra ilə səliqəli şəkildə düzürük.



Dairələrin ortasına zövqə görə mürəbbə və ya fındıq qoya bilərsiniz.



Xəmirin artıq qalan hissəsindən bişiridyimizi ovub, piroqun üzərinə səpirik.



Piroqumuz hazırdır! Piroqu hazırlandığı andan 1 gün sonra yemək məsləhətdir, onda daha dadlı olur!

Nuş olsun!




5 comments: