8/08/2012

Mercimek köfte





Təəssüf ki, hazırlanma prossesində şəkillər çəkməmişəm. Yalnız hazır vaxtının şəkili var. Ama yaxın günlərdə yenə hazırlayacam.  O zaman hər etapını çəkib, yeniləyərəm :)



Ərzaqlar: 

2 su stəkanı qırmızı mərci
1 və ya yarım stəkan incə bulgur. (Səhv etmirəmsə bizim dildə qarşılığı yarma'dı)
5-6 ədəd yaşıl soğan
yarım dəstə cəfəri
yarım xörək qaşığı bibər tomatı
yarım xörək qaşığı pomidor tomatı
1 ədəd orta ölçülü baş soğan
2 xörək qaşığı margarin 
yarım limon
1 ədəd kahı
duz, qara istiot, qırmızı pul bibər

Hazırlanışı:

İlk öncə 2 stəkan qırmızı mərcinin üstünə 2 stakan su əlavə olunur, bir az da duz atılıb, qazanın ağzı qapalı şəkildə orta atəşdə qaynamağa qoyulur. Mərciməklər təmiz qaynayıb dağılandan sonra ( hansı ki artıq suyu da quruyub azacıq qalmış vəziyyətdə olacaq) üzərinə bulgur əlavə olunub qarışdırılır və qapağı bağlanaraq altı söndürülür.
(Bulgur məsələsini yuxarıda da yazmışam. 1 və ya yarım stəkan ola bilər. Bəziləri bulgurun çox olmasını sevir, bəziləri isə daha çox mərciməyin dadını almaq istəyir. Zövqə görə yəni)
Bulgur qazanda şişməyə buraxıldığı sürede kənarda digər hazırlıqlar aparılır.
Bir ədəd quru soğan xırda-xırda doğranılır, üzərinə 2 xörək qaşığı margarin əlavə olunub, ocağa qoyulur. (margarini duru yağ ilə də əvəzləmək olar).
Soğanlar öldükdən sonra üzərinə bibər, pomidor tomatı əlavə olunub qovrulur, daha sonra qırmızı pul bibər əlavə olunub altı söndürülür. (qırmızı bibər də zövqə görədi - acı sevənlər mənim kimi bir qutunun tamamını boşalda bilər :D )
Böyük bir sini götürür, mərci-bulgur qarışımının tamamını siniyə boşaldırıq. Daha sonra üzərinə qızardığımız soğan qarışımını əlavə edirik və əlimizlə yoğurmağa başlayırıq. Soğança mərciyə təmiz qarışandan sonra, incə-incə doğranmış yaşıl soğan və cəfəriləri də əlavə edib, duz, qara istiotunu da vurub təkrar yoğururuq. Yarım limonu da üzərinə sıxandan sonra, əlimizlə uzunsof köfteler hazırlayırıq. Və kahı yarpaqları ilə döşənmiş buludun içinə yığırıq. 
Arzu olunan odur ki, həmən yeyilməsin. Biraz gözlətmək yaxşıdı. 
Daha sonra isə, kahının içinə mərcimək köftədən bir dənəsini qoyub, üzərinə də istəyə görə (turş olmasını istəsəz) biraz limon sıxıb, soyuq ayranla vurursuz bədənə. :))
Tox qarına belə yeyə biləcəyim yeyəcəklər siyahısında olduğunu da söyləyim ki, həvəsə gəlib siz də hazırlayasınız :)
Ayrıca, qonaq gələcəyi zaman süfrədəki yemək çeşidlərinin çox olmasını istəyirsinizsə, mərcimək köftə köməyə çatar. Həm asan, həm dadlı, həm də fərqli :)

18 comments:

  1. Mmmm, dadlı görünürrrr! İnşallah hazırlayacam bir gün. Əllərinə sağlıq.

    ReplyDelete
  2. Sağol, Şel. :*
    Ama həqiqətən dadlıdı haa. Əsl yay malıdı. Soyuq ayran da yanında olanda, mükəmməl ötəsi olur )))

    ReplyDelete
  3. Hə, mən onsuz mərcini çox xoşlayıram. İnanıram ki, b ud aəladır. İnşalah hazırlayı bdadına baxaram, onda da yazaram şərhimi.

    ReplyDelete
  4. Dadli gorunur, yoxlayim gerek!! Teshekkurler!! Yarmani basha dushmedim amma Aysel. Netden taparam shekille.

    ReplyDelete
  5. Aydan, bulgur yaz google. Şəkilinə baxıb anlayacaqsan bizdəki adı nədi. Yarma olub olmadığını tam dəqiq bilmirəm çünki. sadəcə ağlımda elə qalıb. Sən "bulgur" üzərinə araşdırma elə )))

    ReplyDelete
  6. "Bulgur, buğdayın kaynatılması, kurutulup kabuğunun soyulması ve değirmende öğütülmesiyle elde edilir."- Indi men yaziq neyneyim? :D

    ReplyDelete
  7. Aydan, bulqur hazır satılır. Mərci kimi.))

    ReplyDelete
  8. Gel, sen mene bir meshok bulgur yolla, men de sene qrecka-)))

    ReplyDelete
  9. Zəhləm qreçkadan gedir. Mən heç almamaışam bulqur. Maraqlanam şəhərə çıxandA, alıb göndərərəm, az da olsa.))

    ReplyDelete
  10. Aydan, qreçkanı mənə yolla :D
    Türkiyədə üzünə həsrət qaldığım şeylərdəndi qreçka ))
    Bulgur satışda hazır satılır - elə qreçka fason kimi. Bax bir şəkilin atım bax. Azərbaycanda ən çox "Tat" markasının bulguru çıxıb qarşıma marketlərdə.
    Ama sadəcə bulguru alanda diqqət eləyin ki, üzərində "ince-köftelik bulgur" yazanından alın.
    Böyük-plovluq bulgurdan alınmır çünki mercimek köfte.

    http://www.google.com/imgres?um=1&hl=tr&biw=1024&bih=499&tbm=isch&tbnid=Bs8-_WYuizHULM:&imgrefurl=http://www.fiyatbilir.com/product/tat-koftelik-bulgur-1-kg/&docid=a6ZGcOFbkQ5cgM&imgurl=http://www.fiyatbilir.com/static/images/productImage-picture-tat-koftelik-bulgur-1-kg-6162_t250.png&w=250&h=250&ei=Sk4iUNf5MoWPiAf-1oDgBQ&zoom=1&iact=hc&vpx=627&vpy=167&dur=2004&hovh=200&hovw=200&tx=115&ty=179&sig=109382107001404404819&page=1&tbnh=145&tbnw=145&start=0&ndsp=10&ved=1t:429,r:8,s:0,i:95

    ReplyDelete
  11. Ayselle idim, Gunel. Cox sag ol :* Bakida olanda bacimgilde gormushdum, amma o qirmizi idi, ele dadi idi ki.
    Aysel, bir defe face-de yazmishdin, qrecka yoxdu oralarda, ona gore yazdim-)))

    ReplyDelete
  12. Ay həə, yadındadı o status? ))
    Çox sevirəm qreçkanı mən. Elə bulguru da sevirəm - plovunu filan. Ümumən dənəli şeyləri sevirəm )))
    Sənə bulgur göndərərəm. Ünvanını yazarsan mənə face.;)

    ReplyDelete
  13. Bulgur bizim supermarketlerde var. Onu toyugun suyunda bishirin ve ushaglariniza yedirin. Cox xeyirlidir. Yarmanin men bileni çox novu var. Onlara semul da daxildir ki, onu çetin tapasiniz. Gelende yerim olsa yoxlamag uçun getirerem, Shabalid.

    ReplyDelete
  14. Getirersen. Bishirib yeyerik. :D

    ReplyDelete
  15. Nino, Orda varsa, belke bizde de var, men bilmirem.. Uruscax adini bilseydim axtarardim-))

    ReplyDelete
  16. Aysel, sag ol, can, ozun gelende getirersen :*

    ReplyDelete
  17. Aysel, aferin. Harika! Heqiqeten lezzetli gorsenir. Ichine 1 qashiq kimyon elave et, ozaman gor ne mocuze olacaq .) Bunu bu il Trabzonlu refiqemden oyrenmishem, o birce qashiq kimyon, bir lezzet verdiki. Inan yoldashim hamisini yedi.

    Bulgur bakida var, men bu il Qubadan bele aldim.

    ReplyDelete
  18. Aysel, kimyon məsələsində həmişə biraz tərəddüd edirəm ee. Bir iki dəfə ətli yeməklərə qatdıq, mama dadını xoşlamadı. Ama növbəti hazırlayışımda edərəm. :*
    Çox sağol :*

    ReplyDelete